Təhlükəsizliyə dair vacib informasiya

2016-cı ilin iyun ayından avqust ayına qədər olan istehsal müddətindən GWS 20, GWS 22, GWS 24, PWS 20, PWS 1900 və PWS 2000 seriyalı bucaq bülöv cihazlarının, eləcə də 2016-cı ilin yanvar və noyabr ayları arasında olan istehsal müddətindən əyləcli GWS 24-230 JVX Professional modelinin sahiblərindən xahiş olunur ki, aşağıdakılara diqqət yetirsinlər: Bu cihazlar artıq bu andan etibarən istifadə olunmamalı və ya digər şəxslərə ötürülməməlidir. Sözügedən cihazlar pulsuz təmiz olunacaq, və ya yenisi ilə əvəz olunacaqdır. Siz aşağıdakı linkdən tapa bilərsiniz: Təhlükəsizliyə dair vacib informasiya.

Bunun Sizin cihazınıza şamil olub-olmadığını beləcə yoxlaya bilərsiniz:

1. Sözügedən modeldə cihazınızın olub-olmadığını yoxlayın:

Aşağıdakı modellərə şamil oluna bilər: Rusiyada istehsal olunan GWS 20, GWS 22, GWS 24, PWS 20, PWS 1900 və PWS 2000 seriyalı cihazlar. Sizdə hansı model olduğunu birbaşa cihazın üstündən oxuya bilərsiniz.

Əgər Sizdə siyahıdakı modellərdən olan bir cihaz varsa, sizin cihazınıza da şamil oluna bilər. Bunu yoxlamaq üçün zəhmət olmasa, 2. addımla davam edin. Əgər Sizin cihazınız bu modellərdən heç birindən deyilsə, o zaman Sizin cihazınıza şamil olunmamışdır. VACİBDİR: Bucaq bülöv cihazları, 2016-cı ilin yanvar və noyabr ayları arasında olan istehsal müddətinə baxmayaraq, təmir olunmuş bütün əyləcli GWS 24-230 JVX Professional modeli sahibləri zəhmət olmasa istənilən halda bizim xidməti qaynar xəttimizlə (Service Hotline) əlaqə saxlasınlar.

2. Bunun Sizin cihazınıza şamil olub-olmadığını yoxlayın:

Zəhmət olmasa öz bucaq bülöv cihazınızın cihaz-seriya nömrəsini aşağıdakı yoxlama blankına daxil edin. Bunları cihazınızın üstündə harada tapa biləcəyinizi aşağıdakı şəkildən görəcəksiniz. Zəhmət olmasa, hər iki sahənin dolu olmasına diqqət yetirin.

Bizimlə əlaqə saxlamaq üçün zəhmət olmasa əlaqə blankından istifadə edin.

Əlaqə blankına